“Oğlumu Cavid Qurbanov həbs etdirib…”- ŞİKAYƏT

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 15:14    |    Xəbər oxunub: 1 297 dəfə
“Oğlumu Cavid Qurbanov həbs etdirib…”-


Həbsdə olan Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovun oğlunun günhasız yerə tutulması haqqında şikayəti mətbuatda dəfələrlə yer alıb.

Növbəti dəfə üzünü ictimaiyyətə tutan ata bildirir ki, 41 yaşlı oğlu Qalib Bayramovun günahsız yerə həbsə atılmasının səbəbkarı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovdur. Dediyinə görə, oğlunu vəzifəyə qoymaq adı ilə onu aldadıb 320 min manat pulunu alan Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov Cavid Qurbanovun yaxın qohumudur. Sonradan aldadıldığını bilən Əli Bayramov deyir ki, pulunu geri istəyəndə onu hədələyiblər. İcra başçısı aldığı 150 min manat pulu danmaqdan əlavə, Kəlbəcər rayonunun keçmiş prokuroru Ariz Əliyev onu hədələyərək 90 min, oğlunun əvəzinə DSMF-nin Kəlbəcər şöbəsinin müdiri təyin edilən Elşən Əlizadə isə ondan 80 min manat alıb. Ata bildirir ki, oğlunun həbs olunmaması üçün borc-xərclə tələb olunan pulları çatırıb.
Ə.Bayramovun sözlərinə görə, bir il əvvəl C.Qurbanovun yaxın adamı kimi tanıdığı İmamverdi Cəfərov ad-soyadlı şəxs oğluna zəng edib və onunla görüşərək Cavid Qurbanovun sifarişini çatdırıb. İ.Cəfərov Cavid Qurbanovun adından Qalib Bayramova bildirib: “Cavid müəllim dedi ki, atana çatdır, sayta, qəzetə şikayət verməsin, nəvəsini oxutduracam, oğluna da iş verirəm, amma pulun adını çəkməsin”.
Əli Bayramov bu məsələdə adı çəkilən digərləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan da şikayətçidir.
O, bildirir ki, şikayətinin bu qədər ictimailəşməsinə baxmayaraq, sözünün ölkə başçısına çatdırılmasına imkan verilmir. Odur ki, Ə.Bayramov həyat yoldaşıyla birgə doğulduğu Kəlbəcər rayonuna keçməyə qərar verib.
Qeyd edək ki, Ə.Bayramov oğlu həbs olunduqdan sonra etiraz əlaməti olaraq bir dəfə həyat yoldaşıyla birgə belə bir cəhd edib. Onların bu addımları böyük ajiotaj doğurub. Ə.Bayramov ümid edir ki, bu yolla səsi ölkə başçısına çatar. Ötən dəfə bu hadisə tez-tələsik ört-basdır edilsə də, o, bu dəfə başqa yolla öz istəyinə nail olacaq. O, inanır ki, İlham Əliyev onu dinləsə, problemindən hali olsa, ona, ailəsinə edilən ədalətsizliyə son qoyar: “Mən özüm vaxtilə el-obadan kimin problemi olub əl tutmuşam, xeyriyyə işlərində azdan-çoxdan mənim də köməyim dəyib. Bu gün dəstəyə ehtiyacım var. İcra başçısının qorxusundan hətta ən yaxın qohumlarım belə məndən imtina edib. Ailəmlə birgə tək-tənha qalmışam. Kəlbəcərin acgöz məmurları nəyim vardı əlimdən alıb, məni ac-yalavac qoyublar. İnanıram ki, bu qədər haqsızlığı hörmətli prezidentimiz bilsə, tədbir görəcək. Amma imkan verilmir ki, mənim sözüm ona çatsın. Ona görə də qəzetiniz vasitəsilə bəyan edirəm ki, öz doğulduğum yurduma, Kəlbəcərə keçəcəm. Heç olmasa ölümüm öz ata-baba yurdumda olsun. Onsuz da mənim prezidentlə görüşümə imkan verilməsə, hansı yolla olur-olsun Kəlbəcərə keçəcəm, çünki cana doymuşam, başqa çıxış yolum yoxdur”.
Məsələ ilə əlaqədar yazıda adı çəkilən şəxslərin mövqeyini öyrənmək üçün ötən yazımızda da, bu yazımızda da cəhdlər etdik. Cəhdlərimiz boşa çıxdı. Nədənsə, bu məsələdə qarşı tərəf susqunluq göstərir. Amma bir daha Kəlbəcər rayon İcra Hakimiyyətinə də, C.Qurbanova da və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə də müraciət etmişik. Cavab aldıqda oxucuların diqqətinə çatdıracağıq. ("Hurriyyət" qəzeti)

“Oğlumu Cavid Qurbanov həbs etdirib…”-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur