Azərbaycana dünyanın 191 ölkəsindən turist gəlib


Azərbaycana dünyanın 191 ölkəsindən turist gəlib


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Gələnlərin 31,5%-i Rusiya, 19,8%-i Gürcüstan, 10,3%-i Türkiyə, 10,0%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i İraq, 2%-i Ukrayna, 20,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,2%-ini kişilər, 32,8%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3%-i yanvar, 10%-i fevral, 16,7%-i mart, 13,2%-i aprel, 12,6%-i may, 16,2%-i iyun, 20%-i isə iyul ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (BƏƏ və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1%, Oman vətəndaşlarının sayı 16,5% artıb. İrandan gələnlərin sayında 21,1%, BƏƏ-nin gələnlərin sayında isə 2,7% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4% artaraq 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4% artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6% artaraq 614,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8%-i dəmir yolu və avtomobil, 42,2%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 2514,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4%-i Gürcüstana, 24%-i İrana, 22,9%-i Rusiyaya, 15,2%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 1,0%-i BƏƏ-yə, 2,1%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9%-i kişilər, 32,1%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2%, Gürcüstana gedənlərin sayı 0,9% artıb, Türkiyəyə gedənlərin sayı 5,5%, Rusiyaya gedənlərin sayı 2,6% azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,9%-i dəmir yolu və avtomobil, 19,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45