“Veysəloğlu” Şirkətlər Qrupu Təhsil Nazirliyinin “Sabah” Qrupları ilə əməkdaşlığa start verdi


“Veysəloğlu” Şirkətlər Qrupu Təhsil Nazirliyinin “Sabah” Qrupları ilə əməkdaşlığa start verdi


“Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resusları Direktorluğunun “Biznes Tərəfdaşlıq, Karyera və İnkişaf” üzrə direktoru Təyyar Mustafayev və Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyev Təhsil Nazirliyində SABAH Qruplarının icra komitəsinin rəhbəri Şahin Seyidzadə ilə görüşüblər.



Görüş çərçivəsində qarşılıqlı əməkdaşlığa dair bir çox məsələlər və gələcək planlar mövzusunda müzakirələr aparılıb. Həmçinin VİA (Veysəloğluda İlk Addım) layihəsi və təcrübə proqramları üçün seçilən məzunlardan, onların seçim prosesindən və “Veysəloğlu” Şirkətlər Qrupunun tələbə və məzunlara yaratdığı imkanlardan bəhs olunub.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupu artıq neçə illərdir ki, ali, orta ixtisas və peşə təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi istiqamətində qarşılıqlı layihələr həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu