Yüzlərlə məktəb direktorsuz qalıb- Təhsil Nazirliyi rahatdır


Yüzlərlə məktəb direktorsuz qalıb-


"2018- ci ilin sonunda Təhsil Nazirliyi bölgələrdə yerləşən orta məktəblərdə boş olan 604 direktor yerini vakansiyaya çıxardı. Direktorların işə qəbulu üzrə müsabiqədə həmən yerləri tutmaq üçün 1500 namizəd qeydiyyatdan keçdi. Onlardan 730 nəfəri minimum keçid balını toplayıb müsahibə mərhələsinə buraxıldı. Müsahibəyə buraxılan şəxslərdən də 228 nəfəri müsahibə mərhələsində müsbət qiymətləndirilib. Amma müsbət cavab verilən 228 nəfərdən 104 nəfəri direktor təyin olunub. Bu o deməkdir ki, hazırda təkcə rayonlarda 500 məktəb direktorsuz fəaliyyət göstərir".

Bunu AFN-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, xatırladıb ki, son illər məktəb direktorlarının seçimi yeni prosedur qaydalara uyğun keçirilir. K.Əsədovun sözlərinə görə, Bakı şəhəri üzrə yeni qaydalara əsasən, bu posta iddialı olan şəxslər 3 aylıq təlim kursu keçdikdən, bir neçə mərhələli imtahanda iştirak və uğurlu nəticə əldə etdikdən sonra məktəb direktoru vəzifəsini tuta bilirlər. Rayonlarda fəaliyyət göstərən məktəblərdə direktor olmaq üçün isə test və müsahibə mərhələsini uğurla keçmək yetərlidir: "Məktəb direktorlarının imtahanla bu vəzifəni tutması bütövlükdə müsbət haldır. Amma apardığım müşahidələrə görə, imtahan yolu ilə məktəb direktoru vəzifəsini tutan şəxslərin bəziləri bu vəzifədə cəmi 1-2 il işləyə bilir.
Həqiqətən də Azərbaycan təhsilində 2014-cü ildən təşkilati məsələlərlə bağlı ciddi şəkildə müsbətə doğru irəliləyişlər baş verib. Konkret olaraq təhsildə rüşvətə son qoyulması kimi məsələ meydana çıxarıldı. Sözsüz ki, söhbət orta ümumtəhsil məktəblərindən gedir. Təəssüf ki, ali məktəblərdə bununla bağlı hər hansı bir addım, irəliləyiş yoxdur. Söhbət ondan gedir ki, orta məktəblərdə müəllimlərin, məktəb direktorlarının əsassız tələbləri müəyyən qədər azalıb. Təbii ki, bu halın tam başa çatması mümkün deyil. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqənin özünü müsbət adlandırmaq olar. Ancaq seçim üçün 3 aylıq təlim kifayət deyil. Mən sizə statistik məlumatlar deyim. Bakı üzrə 310 məktəbdən 40-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 240-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu, aşağı rəqəmdir. Təəssüflər olsun ki, hətta 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki məhz köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir. Ona görə ki, onlar da direktorla bərabər əməkhaqqından əlavə digər gəlirlər əldə edirdilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45