İctimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir - FOTOLAR




Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.



Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu