BBC-nin Paşinyana beynəlxalq hüquq dərsi


Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əməliyyatı Ermənistan hakimiyyətini çaşbaş vəziyyətə qoyub. Elə şərait yaranıb ki, bu ölkənin baş naziri Nikol Paşinyan beynəlxalq sənədləri təhrif etməyə, hətta onları görməzliyə vurmağa başlayıb.



Müşahidələr göstərir ki, xarici KİV-ə müsahibələrdə o, özünü itirir, yalan danışır, saxtakarlıq edir. Bununla Nikol həm də savadsızlığını, xüsusilə dövlət və hökumət başçısının mütləq bilməli olduğu mətləblərdən xəbərsizliyini büruzə verir.

Məlum olur ki, Nikol Paşinyan beynəlxalq hüquqdan xəbərsizdir. O, dövlətlərarası münasibtələri tənzimləyən bu sahəni heçə sayır. Nikol Paşinyanın savadı Ermənistan ictimaiyyəti üçün yetərli sayıla bilər. Ancaq o, Ermənistandan kənara çıxanda bu ölkənin təhsil sisteminin yarıtmazlığını təsdiqləyir.

Paşinyan savadsızlığını oktyabrın 6-da “BBC World News”a müsahibəsində də büruzə verib.

Jurnalistin “ermənilərin nəzarət alıtnda olan Dağlıq Qarabağa bitişik rayonların geri qaytarılması” məsələsi ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, bu mövzu 2013, 2015-ci illərdən və bu vaxtadək müzakirə olunub. Onun sözlərinə görə, “Azərbaycanın ucbatından” bu ideya baş tutmayıb.

Bu arada onun yaddaşını təzəlmək yerinə düşür. Paşinyanın “boz kardinalı”, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti illərində bu məsələ həyata keçmək üzrə idi. Onda Ermənistandakı siyasi qüvvələr xarici havadarlarının dəstəyi ilə Petrosyanın istefasına nail olmaqla bu məsələni arxivə göndərdi. Bununla da Ermənistan işğal altında olan 7 rayonu qaytarmaqdan yayındı və həmin məsələ unuduldu. Azərbaycan tərəfi bu məsələni sonralar gündəliyə çıxarsa da Ermənistan bundan imtina etdi. Hətta Levon Ter-Petrosyan istefa verdikdən sonra müsahibələrində bildirmişdi ki, 7 rayon qaytarılsa idi, vəziyyət normallaşacaqdı. O, belə bir fürsətin əldən verildiyini də vurğulamışdı.

Nikolun bu məsələdə Azərbaycan tərəfini ittiham etməsi onun yalan danışmaq xislətindən irəli gəlir. Öz vətəndaşlarına yalan danışıb, vədlər verməyə adət etmiş Paşinyan bununla “BBC” izləyicilərini də aldadacağını ehtimal edir.

Müxbir daha sonra soruşub ki, mövcud beynəlxalq qanuna əsasən, Ermənistan 25 ildən artıqdır Dağlıq Qarabağa bitişik rayonları qanunsuz olaraq tutub. Paşinyan oğurluq üstündə tutulan uşaq kimi deyib: “Belə bir şey yoxdur. Bu nə deməkdir?”.

“BBC” müxbiri ona beynəlxalq hüququ və BMT-nin qətnamələrinin xatırladıb. “Siz tarixi təsdiqləyirsiz, beynəlxlaq hüquqa görə siz haqlı deyilsiz. Sizin dedikləriniz beynəlxalq hüquqda yoxdur. Hamı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sitat gətirir. Təəssüf ki, onu az adam oxuyub. Orada Ermənistanın nəyisə işğal etdiyinə dair heç nə deyilməyib. Belə bir şey yoxdur...”

Müxbir bildirib ki, qətnaməyə əsasən, həmin torpaqlar Azərbaycana məxsusdur...

Həmin qətnamələri xatırlamaq yerinə düşər: 822 saylı qətnamə Kəlbəcərin işğalından sonra 1993-cü il aprelin 30-da qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, Ermənistan qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir.

853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini, eləcə də 822 saylı qətnaməyə də əməl olunmasını tələb edir. 1993-cü il iyulun 29-da qəbul olunub.

874 saylı qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edir. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.1993-cü il oktyabrın 14-də qəbul edilib.

884-cü qətnamə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb olunur. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edir. Bu qətnamə 1993-cü il noyabrın 12-də qəbul olunub.

Bu qətnamələr beynəlxalq hüquqa əsasən, qəbul olunub və TŞ-nin bütün üzvləri sənədin leyihinə səs verib.

Paşinyan beynəlxalq hüquq sahəsində savadsızılığını göstərdikdən sonra ənənəvi ermənilik xisləti ilə şantaja başlayıb. O, ermənilik ideologiyasının əsas prinsipi olan “soyqırımı” ağlaşmasına əl atıb. Ermənilər çətinə düşən kimi bu yalandan istifadə edirlər. Nikol “Qarabağda ermənilərin soyqırımına məruz qalacağı”ndan danışıb. Halbuki 1992 və 1993-cü illərdə Koçaryan, Sarqsyan kimi ermənilərin başçılığı ilə Qarabağda azərbaycanlılar Xocalıda, Kəlbəcərdə, Malibəylidə və başqa yerlərdə soyqırımına məruz qalıblar. Erməni silahlıları dinc, yalın əlli azərbaycanlı qadın, uşaq, qoca, xəstələri güllələləyib və işgəncə verərək öldürüb.

Azərbaycan Ordusu indi Qarabağda əks-hücum əməliyyatı keçirir. Məlum olur ki, Qarabağda dinc sakin demək olar ki, yoxdur. Az sayda qalan insanlar da əməliyyat başlayan kimi bölgəni tərk edib, yaxud tərk edir. Azərbaycan Ordusu mülki və dinc sakinlərlə döyüşmür, mülki obyektlərə atəş açımır. Çünki sakinlər Azərbaycan vətəndaşı, ərazidəki obyektlər də ona məxsusdur. O, Ermənistan ordusuna, onu dəstəkləyən terrorçu PKK-nın muzdlu döyüşçülərinə və ASALA terrorçularına qarşı döyüşür.

Bu baxımdan Paşinyanın haray-həşiri də əbəsdir. Böyük ehtimalla beynəlxlaq ictimaiyyət Nikolun bu hay-küyünə də doğru yanaşaraq, onun dediklərinin cəfəngiyyat olduğunu anlayacaq.

Paşinyan ötən gün daha bir yalan danışıb. O iddia edir ki, Ermənistan “güzəştə hazırdır, Azərbaycan da güzəşt eləsin”. Bunun ardınca da “Qarabağ Ermənistandır” deməklə özünü yenə ifşa edib. Ancaq danışıqlar üçün başlıca şərtin Ermənistan ordusunun işğal etdiyi torpaqlardan çıxması, Qarabağın Azərbaycana aid olduğunu unutmamasıdır. Bir də, Azərbaycan nəyi güzəşt etməlidir? Hansı dövlət öz torpaqlarını işğalçıya güzəştə gedər? Yox, əgər Paşinyan və ermənilik iddia edirsə ki, həmin torpaqları hərb yolu ilə ələ keçiriblər, o zaman Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə onların arqumentlərini əlindən alıb, tərk-silah edir.

Beləliklə, Nikol Paşinyan tutdğu belə mövqe və iddiaları danışıqlara mane olur. Daha doğrusu danışıqların baş tutmamasına çalışır. Zatən hakimiyyətə gəldiyi gündən o bununla məşğuldur. Bu savad və düşüncə ilə Paşinyan Ermənistana problem yaradır, erməni xalqına isə zülm edir. //report.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45