Azərbaycan Müdafiə Nazirliyi düşmən hərbçiləri təslim olmağa çağırıb


“Əminliklə deyə bilərik ki, düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək geri çəkilməyə məcbur edilir”.



AFN xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Xeyli sayda hərbi qənimət ələ keçirilir. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatını beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Düşmənin canlı qüvvəsi və legitim hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilir. Pərakəndə şəkildə fəaliyyət göstərən düşmənin döyüş meydanından xəbəri olmayan hərbi-siyasi rəhbərliyi hələ də uydurma məlumatlarla daxili auditoriyaya təsəlli verir. Bu yalanlarla aldadılaraq işğal altındakı ərazilərə gətirilən döyüşçüləri məhv edilmədən öncə həqiqəti dərk etmələri və silahı yerə qoyub könüllü şəkildə təslim olmaları onların sağ qalmaq üçün yeganə yoludur. Qələbə bizimlədir!”, - o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu