MN: Düşmənin 6 PUA-sı məhv edilib


“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.



AFN xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl də vurğulayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu