Bakıya diametri 4 mm olan dolu düşdü - YENİLƏNİB


Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

AFN.az qeyd edir ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.



***

Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişib.

AFN.az xəbər verir ki, anidən şəhərin müxtəlif ərazilərində leysan də dolu yağışı başlayıb.

Yağışlı hava davam edir.

Bu gün həmçinin Sumqayıt şəhərində dolu qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu