Səudiyyə Ərəbistanında səhralara dolu yağdı



Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş verən güclü dolu yağışından sonra səhralar tamamilə ağ rəngə bürünüb.

AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanının yerli mediasında yer alan məlumatlara görə, paytaxt Ər-Riyadın şimal-qərbində qəfil və şiddətli dolu yağışı qeydə alınıb.

Yağıntının intensivliyi nəticəsində bölgədəki səhra mənzərəsi qış görüntülərini xatırladaraq ağ örpəyə bürünüb. Mətbuatda dərc olunan xəbərlərdə Ər-Riyadın cənub və qərb hissələrindəki yüksək ərazilər, həmçinin Məkkənin şərq bölgələri üçün güclü yağış, sel, dolu və şiddətli külək xəbərdarlığı edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu