Səudiyyə Ərəbistanında güclü qum fırtınası


Səudiyyə Ərəbistanının Əl Qasem bölgəsi həftə sonu güclü qum fırtınasına məruz qalıb.



Qasem şəhəri başda olmaqla bir çox yaşayış məntəqəsində görmə qabiliyyəti kəskin şəkildə azalıb, səma narıncıya rəngə bürünüb və gündəlik həyata mənfi təsir edib.

Mayın 3-də Qasem şəhərində başlayan qum fırtınası şəhərdə yaşayışa mənfi təsir edib.

Şəhərin bir hissəsinin qaranlığa qərq olduğu, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı, insanların gündəlik həyatının pozulduğu bildirilir.

Səudiyyə Ərəbistanı Meteorologiya Xidməti də qum fırtınasından zərər çəkmiş ərazilərdə yaşayan vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib. Qeyd olunub ki, xüsusilə tənəffüs yolları xəstəlikləri olan şəxslər küçəyə çıxmamalı, avtomobil idarə edəcək şəxslər diqqətli olmalıdırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu