ABŞ-da Müstəqillik Günündə fırtına can aldı


ABŞ-ın şimal-şərq bölgəsində 4 iyul - ABŞ-ın Müstəqillik Günü bayramı şiddətli hava şəraiti fonunda keçib.



AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, gecə baş verən güclü yağış, külək və dolu ilə müşayiət olunan fırtınalar bir sıra ərazilərdə ciddi fəsadlara yol açıb.



Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Nyu-Çersinin mərkəzində azı üç nəfər fırtına nəticəsində həyatını itirib. Onlardan ikisi ağacın avtomobilin üzərinə düşməsi nəticəsində ölüb. Rəsmilər həmin şəxslərin 79 və 25 yaşlarında olduğunu açıqlayıb.



Fırtına səbəbindən şəhərdə keçiriləcək 4 iyul paradı, konsert və atəşfəşanlıq proqramları ləğv olunub.



Yeni İngiltərənin cənub bölgələrində dolu yağması, elektrik enerjisinin kəsilməsi və yıxılmış ağaclarla bağlı hadisələr qeydə alınıb. Konnektikutun şimal-şərqində avtomobillərin yoldan çıxması ilə bağlı məlumatlar daxil olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu