Bəşəriyyətin yetişə bilməyəcəyi gələcək: 25 saatlıq gün rejimi



Bir günün tam olaraq 24 saat çəkdiyi bilinsə də, elm adamları son illərdə Dünyanın hər zaman eyni sürətlə fırlanmadığını və planetimizin getdikcə yavaşladığını təsbit ediblər.

AFN.az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmalara görə, çox uzaq gələcəkdə günlərin 25 saat sürəcəyi proqnozlaşdırılır və bu dəyişikliyin əsas səbəbkarı Ayın cazibə qüvvəsidir.

Ayın okeanlarda yaratdığı qabarma və çəkilmələr Dünya üzərində kiçik bir sürtünmə effekti yaradaraq planetin fırlanmasını yavaşladır.

Günlük həyatda fərq edilməsi qeyri-mümkün olan bu xırda dəyişikliyi yalnız yüksək dəqiqlikli atom saatları və astronomik müşahidələr vasitəsilə qeydə almaq mümkündür.

Alimlərin ən real təxminlərinə görə, Dünyada bir günün 25 saat olması üçün təxminən 200 milyon il vaxt lazımdır, bu isə bəşəriyyətin yaşam miqyasından kənar, sırf geoloji dövrləri əhatə edən bir prosesdir.

Ayın təsirindən başqa, qütblərdəki buzların əriməsi, yeraltı suların hərəkəti və güclü zəlzələlər də günlərin uzunluğuna çox cüzi təsir göstərən digər faktorlar sırasındadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu