Dünyanın iqliminə Mars da təsir edir


Yeni aparılan bir analizə görə, Yupiter və Venera ilə yanaşı Marsın da öz cazibə qüvvəsi ilə Dünyanın Milankoviç dövrlərini və buzlaşma dövrü keçidlərini kritik şəkildə təsirləndirdiyini üzə çıxarıb. Tədqiqatçılar bildirirlər ki, əgər Marsın kütləsi sıfır olsaydı, iqlimimizdəki 2,4 milyon illik “böyük dövr” tamamilə yox olardı. Bu da Marsın nə qədər vacib rol oynadığını göstərir.

Dünyanın iqlimi milyonlarla ildir ki, planetimizin orbitindəki və ox meyilliyindəki cüzi dəyişikliklər səbəbindən buzlaşma dövrləri ilə daha isti mərhələlər arasında dəyişir. Milankoviç dövrləri adlanan bu dəyişikliklər Dünyanın Günəş ətrafında tək fırlanmaması ilə bağlıdır.

Günəş Sistemindəki digər planetlərin cazibə qüvvəsi daim Dünyanı özünə çəkərək orbit yolunu, ox meyilliyini və qütblərin işarə etdiyi istiqaməti yavaş-yavaş dəyişir.

Astronomlar Yupiter və Veneranın bu dövrlərdə mühüm rol oynadığını uzun müddətdir bilsələr də, aparılan yeni və detallı analiz göstərib ki, qaz nəhəngləri ilə müqayisədə çox kiçik olsa da, Mars Dünyanın iqlim ritmlərinə təəccübləndirəcək dərəcədə güclü təsir göstərir.

Mars olmasaydı nə baş verərdi?

Stiven Keyn rəhbərliyindəki tədqiqatçılar Marsın kütləsini sıfırdan indiki dəyərinin on qatına qədər dəyişdirərək kompüter simulyasiyaları aparıblar və bu dəyişikliklərin milyonlarla il ərzində Dünyanın orbit dəyişikliklərinə necə təsir etdiyini izləyiblər. Nəticələr göstərir ki, Mars Dünyadakı fəsillərin formalaşmasında açar rol oynayır.

Bütün simulyasiyalarda ən stabil xüsusiyyət Yupiter və Venera arasındakı qarşılıqlı təsirlərlə idarə olunan 405 min illik eksantriklik dövrü olub. Bu metronom Marsın kütləsindən asılı olmayaraq mövcudluğunu qoruyur.

Lakin buzlaşma dövrlərinin keçidlərini müəyyən edən daha qısa (~100 min illik) dövrlər kritik şəkildə Marsdan asılıdır. Simulyasiyalarda Marsın kütləsi artdıqca bu dövrlər uzanır və güclənir. Bu isə daxili planetlərin orbit hərəkətləri arasındakı artan əlaqəni təsdiqləyir.

Kritik dövr Mars sayəsində mövcuddur

Ən diqqətçəkən nəticələrdən biri isə odur ki, modellərdə Marsın kütləsi sıfıra yaxınlaşdıqda vacib bir iqlim ritmi tamamilə yox olur.

Uzunmüddətli iqlim dalğalanmalarına səbəb olan 2,4 milyon illik “böyük dövr” yalnız Marsın kifayət qədər kütləyə sahib olması və lazım olan cazibə rezonansını yaratması nəticəsində mövcud olur. Dünya və Marsın orbitlərinin yavaş dönməsi ilə əlaqəli olan bu dövr milyonlarla il boyunca Dünyanın aldığı günəş işığı miqdarını dəyişir.

Bundan əlavə, Dünyanın ox meyilliyi də Marsın cazibə təsirinə reaksiya verir. Geoloji qeydlərdə görünən 41 min illik meyillik dövrü Marsın kütləsi artdıqca daha da uzanır.

Yaşana bilən planetlərin qiymətləndirilməsi üçün yeni meyar

Bu yeni kəşf eyni sistemdəki digər planetlərin təsirlərini nəzərə alaraq, Dünyaya oxşar digər lanetlərin yaşana bilinəcəyinin qiymətləndirilməsinə də töhfə verir. Yaxınlıqda böyük kütləyə malik düzgün orbit konfiqurasiyalı bir qonşu planet donmanın qarşısını ala biləcək və ya fəsilləri yaşamaq üçün daha əlverişli edə biləcək iqlim dəyişiklikləri yarada bilər.

Tədqiqat göstərir ki, Dünyanın Milankoviç dövrləri yalnız Dünya və Günəşin təsirindən ibarət deyil. Bu dövrlər bütün planet qonşuluğumuzun bir nəticəsidir və Mars iqlimimizin formalaşmasında gözlənilməz dərəcədə mühüm bir yardımçı rol oynayır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu