İyunda 10 gün iş olmayacaq
İyun ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 10 gün iş olmayacaq.
AFN.az "Bizimmedia"ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan iki dövlət bayramı qeyd olunacaq.
Söhbət 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündən gedir. Qanunvericiliyə əsasən, bu günlər qeyri-iş günləri hesab olunur.
Bundan əlavə, iyun ayında səkkiz gün – 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, iyun ayının təqvimi işləyən vətəndaşlar üçün kifayət qədər istirahət imkanı yaradır.
Beləcə, beşgünlük iş həftəsində çalışanlar üçün iyun ayında ümumilikdə 10 gün qeyri-iş günü olacaq.


