Həmin uşağın valideynləri tapıldı


Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, azyaşlının valideynləri artıq tapılıb.

Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir. Valideynlərin uşağı hansı şəraitdə və niyə orada qoyub getmələri ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 2 yaşlı uşağın tapılması barədə məlumat yaymışdı. Azyaşlı sığınacağa yerləşdirilmiş və tibbi müayinədən keçirilmişdi.

Hüquq-mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət veriləcəyi gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu