Mikayıl Cabbarov Harvard Universitetinin “Growth Lab” mərkəzinin rəhbəri ilə görüşüb


İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin “Growth Lab” mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman ilə görüşüb.

Nazirlikdən AFN.az-a verilən məlumata görə, görüş zamanı ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, qeyri-neft-qaz sektorunun inkişafı və davamlı iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər barədə məlumat verilib.

“Growth Lab” ilə əməkdaşlığın genişləndirilməsinin iqtisadi islahatların elmi əsaslarla dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb. Müzakirələr çərçivəsində Azərbaycan Hökuməti ilə “Growth Lab” tədqiqat mərkəzi arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları, bu müddətdə görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib.

Eyni zamanda, “Growth Lab” tərəfindən təqdim olunmuş tövsiyələrin icrası və potensial tərəfdaşlıq imkanları üzrə növbəti addımlar müzakirə olunub. Tərəflər gələcək layihələrin iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasına verəcəyi töhfələri qeyd ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu