Mikayıl Cabbarov “Haimaker” şirkətinin baş icraçı direktorunu qəbul edib


İqtisadiyyat naziri Mikayıl Cabbarov “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı bu istiqamətdə strateji təkliflər, o cümlədən Ələt azad iqtisadi zonasında data mərkəzin yaradılması və bulud platformasının formalaşdırılması məsələləri ətraflı müzakirə edilib.

Tərəflər əməkdaşlığın hüquqi əsaslarının təşkili, qabaqcıl texnologiyaların transferi və rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu