Azərbaycan son bir neçə ildə İtaliyaya təxminən 3 milyard dollar sərmayə qoyub
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub.
AFN.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
Dövlət başçısı İtaliya bazarının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub".
Prezident həmçinin əlavə edib ki, keçirilən görüşdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi və iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri də ətraflı müzakirə olunub.



