Amazon Hollandiyaya 1,4 milyard avro sərmayə qoyacaq


Amazon Hollandiyaya 1,4 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Şirkətdən verilən məlumata görə, avrozonanın beşinci böyük iqtisadiyyatına sahib olan Hollandiyaya ABŞ-lı şirkət gələcək 3 il ərzində 1,4 milyard avro sərmayə qoymağı nəzərdə tutur.

Hollandiyada təxminən 1000 işçisi olan Amazon açıqlamasında bildirib ki, bu sərmayə indiyədək şirkətin ölkəyə qoyduğu ən böyük investisiya olacaq.

Qeyd edək ki, oktyabrın əvvəlində Amazon Belçika əməliyyatlarına 1,16 milyard dollar sərmayə yatıracağını açıqlamışdı.

Qeyd edək ki, Amazon ötən il dünya üzrə 638 milyard dollar gəlir və 59 milyard dollar mənfəət əldə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu