"Apple" ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacaq


ABŞ-ın texnologiya şirkəti "Apple" yaxın dörd il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağını açıqlayıb.



"Apple"dan verilən açıqlamada şirkətin Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Ayova, Oreqon, Şimali Karolina və Vaşinqtonda komanda və obyektlərini inkişaf etdirməyə qərar verdiyi bildirilib.

Planlaşdırılan investisiyalar arasında Texasda yeni fabrikin qurulmasının olduğu, süni intellekt və silikon mühəndisliyinə investisiyaların da artırılacağı qeyd edilib.

Açıqlamada şirkətin önümüzdəki 4 il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağı və bu məbləğin şirkətin tarixində ən böyük xərcləmə öhdəliyi olduğu vurğulanıb.

Qeyd edək ki, Tramp fevralın 21-də Tim Kuk ilə görüşündən sonra "Apple"ın ABŞ-a yüz milyardlarla dollar sərmayə qoyacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu