Məhkəmə Trampa sui-qəsddə ittiham olunan şəxsdən üzr istəyib


ABŞ federal hakimi Zia Faruqi, prezident Donald Trampa sui-qəsddə ittiham olunan Koul Tomas Allenin saxlanıldığı şəraiti kəskin tənqid edib və ondan üzr istəyib.

AFN.az CNN-ə istinadən xəbər verir ki, hakim dinləmələr zamanı bildirib ki, Allenlə rəftar 2021-ci ildə Kapitoliyə hücumda ittiham olunanlara göstərilən münasibətdən daha pisdir. Hakim Allendən yaşadığı çətinliklərə görə üzr istədiyini vurğulayıb.

Təqsirləndirilən şəxsin vəkilləri onun Vaşinqton həbsxanasında qanunsuz olaraq təcridxanaya yerləşdirildiyini iddia edirlər. Həbsxana nümayəndəsi isə bildirib ki, ilkin tibbi yoxlamadan sonra intihar riski səbəbindən Koul Tomas Allen təcridxanaya göndərilib və onun daimi saxlanma yeri ilə bağlı hələ yekun qərar verilməyib.

Xatırladaq ki, insident aprelin 25-də Vaşinqtondakı "Washington Hilton" otelində Ağ Ev müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş vermişdi. Hadisə nəticəsində Məxfi Xidmət əməkdaşı yaralanmış, 31 yaşlı Allen isə hadisə yerində saxlanılmışdı. Məlum olub ki, o, oteldə əvvəlcədən otaq kirayələyərək silahı oraya keçirə bilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu