Trampa sui-qəsddə ittiham olunan şəxsin solçu qruplarla əlaqəsi araşdırılır


ABŞ Prezidenti Donald Trampa sui-qəsddə ittiham olunan Koul Tomas Allenin "The Wide Awakes" adlı solçu siyasi qruplaşma ilə əlaqələri araşdırılır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın ədliyyə naziri vəzifəsini icra edən Todd Blanş bildirib.

Allena qarşı prezidentə sui-qəsd cəhdi, ağır cinayət törətmək məqsədilə odlu silah daşımaq və zorakılıq cinayəti zamanı silahdan istifadə maddələri ilə rəsmi ittiham irəli sürülüb. Hazırda istintaq bu hücumun arxasında dayanan siyasi motivləri müəyyənləşdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu