25 aprel hadisəsindən sonra ABŞ prezidentinin mühafizəsi gücləndirilə bilər


Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə 25 aprel hadisəsindən sonra ABŞ liderinin təhlükəsizlik prosedurlarına yenidən baxıla biləcəyini açıqlayıb.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, mühafizə qaydalarında dəyişikliklərin edilməsi istisna olunmur. Lakin Levitt təhlükəsizlik detalları barədə ətraflı məlumat verməyib. Ehtiyat tədbiri olaraq vitse-prezident Ceyms Devid Vensin qarşıdakı Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda iştirakının məhdudlaşdırılması məsələsi də nəzərdən keçirilir.

Levitt vurğulayıb ki, prezident Donald Tramp şənbə günü baş vermiş hadisə zamanı xüsusi xidmət orqanlarının reaksiyasından razı qalıb və mühafizə prosedurlarının effektiv işlədiyini hesab edir. Bununla belə, mətbuat katibi demokratları və siyasi rəqibləri kəskin tənqid edərək bildirib ki, onların Trampı "faşist" və ya "demokratiyaya təhdid" kimi təqdim etməsi cəmiyyətdə nifrət mühiti yaradır.

Xatırladaq ki, 25 apreldə "Washington Hilton" otelində keçirilən rəsmi qəbul zamanı 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allen atəş açıb. Hadisə nəticəsində Məxfi Xidmətin bir əməkdaşı yaralanıb, atəş açan şəxs isə saxlanılıb. İstintaq məlumatına görə, cinayətkar oteldə əvvəlcədən otaq kirayələyərək silahı oraya gizli keçirə bilib. Ağ Ev bu hadisəni prezidentə və onun yaxın ətrafına qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu