Tramp: İranın zənginləşdirilmiş uran ehtiyatları yəqin ki, artıq istifadəyə yararsızdır



ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları artıq böyük dəyər kəsb etmir.

AFN.az xəbər verir ki, ABŞ lideri "Salem News" telekanalına müsahibəsində uran ehtiyatlarının, çox güman ki, istifadə üçün yararsız olduğunu deyib. O bildirib ki, dəyər baxımından həmin uran maraqlı deyil, bəlkə də onu istifadə etmək mümkün deyil və ya iranlılar ona çıxış əldə edə bilmirlər.

Bununla belə, Tramp ABŞ-ın yenə də həmin zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını ələ keçirmək istədiyini qeyd edib. Ağ Ev rəhbəri bu addımın təhlükəsizlik baxımından önəmli olduğunu vurğulayıb.

Bundan əlavə, ABŞ Prezidenti Tehranın öz raket proqramına kəskin məhdudiyyətlər tətbiq etməli olacağını və Vaşinqtonun bu məsələdə güzəştə getməyəcəyini də əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu