Marsın səthinin altında sirli strukturlar aşkar edildi - FOTO
Bu yeni xəritə NASA-nın InSIGHT missiyası da daxil olmaqla bir çox missiyanın məlumatları ilə yaradılıb.
Tədqiqatlar göstərir ki, planetin daxili strukturunda hələ də aktiv proseslər davam edir və bu, alimləri Marsdakı vulkanik fəaliyyətləri yenidən düşünməyə vadar edir.
Delft Texnologiya Universitetindən Dr. Bart Rutun rəhbərlik etdiyi tədqiqat qrupu Marsın daxili strukturunda gözləniləndən fərqli proseslərin getdiyini bildirib.
Xüsusilə Olympus Mons və Zarsis Montes bölgələrində iri vulkanik strukturların yerləşdiyi bu ərazinin səthə çökməkdən daha yüksəklərə qalxdığı müəyyən edilib.
Tədqiqatçılar bu vəziyyəti mantiyada yüksələn nəhəng kütlənin yaratdığı təzyiqlə izah edirlər.
Əlavə olaraq, tədqiqatçılar Marsın şimal qütb düzənliklərində basdırılmış sıx strukturları da müəyyən ediblər.
Bu strukturlar qədim dəniz dibində çökən qalın çöküntü qatının altında yerləşir və təxminən 20 müxtəlif strukturun ərazidə cazibə anomaliyalarına səbəb olduğu güman edilir.
Araşdırmanın nəticələri göstərir ki, Marsın daxili strukturunda hələ də aktiv hərəkətlər ola bilər.
Tədqiqatçılar bu hərəkətlərin gələcəkdə yeni vulkanik fəaliyyətlərə səbəb ola biləcəyini düşünürlər.
Mənbə: Sciencealert