Yupiterin peyki İoda nəhəng vulkan aşkar edilib


NASA-nın Juno kosmik gəmisi son bir neçə ildə Yupiterin ən vulkanik peyki olan İo-nu getdikcə daha yaxından müşahidə edir. 25 ildən sonra əldə edilən ilk yaxından çəkilmiş görüntülər peykin ekvatorunun cənubunda yeni bir vulkanın püskürdüyünü ortaya çıxarıb.



Io Günəş sistemindəki ən vulkanik cisim kimi tanınır.

Juno tərəfindən çəkilmiş son görüntülər 1997-ci ildə NASA-nın Galileo kosmik gəmisi tərəfindən tədqiq edilən ərazinin indi nəhəng bir vulkanla örtüldüyünü göstərir.

Bu yeni vulkanın yerləşdiyi bölgə mövcud vulkanlardan biri olan Kanehekilinin düz yanındadır.

Junonun 2024-cü ilin fevralında uçuşu zamanı əldə edilən görüntülərdə vulkanın böyük lava axını və vulkanik yataqlarla təqribən 180 kilometrlik bir ərazini əhatə etdiyi görülür.

Mütəxəssislər bildirirlər ki, İonun daxili quruluşunu formalaşdıran Yupiterin güclü gelgit istiliyi bu vulkanik fəaliyyətin mənbəyidir.

NASA rəsmiləri vurğulayırlar ki, İoda bu yeni kəşf peykin vulkanik tarixi və geoloji prosesləri haqqında daha çox məlumat əldə etmək üçün mühüm addımdır.

Junonun İo ilə bağlı müşahidələri davam etsə də, sonrakı uçuşlarda uzaqlaşacağı üçün belə təfərrüatlı məlumatları əldə etmək çətinləşəcək.

Juno tərəfindən çəkilən bu şəkillər, İonun səthinin zamanla necə dəyişdiyi və vulkanizmin ayın nazik atmosferinə necə təsir etdiyi kimi bir çox naməlum sualların cavablandırılmasına kömək edə bilər.

Mənbə: Sciencealert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu