NASA Yupiterin peyki İo-nun ən yaxın şəklini çəkib - FOTO


NASA-nın Juno kosmik gəmisi Yupiterin peyki İo-ya yaxınlaşıb. NASA Juno-nun Yupiterin peyki üzərindən 1500 km yüksəklikdə uçduğunu açıqlayıb.



Kosmik gəminin rəngli şəkillər çəkən JunoCam aləti günəş sistemimizin ən vulkanik aktiv planeti olan İo-nun altı şəklini çəkib.

Juno-nun elmi alətlərinin uçuş zamanı İo haqqında çoxlu əlavə məlumat toplayacağı gözlənilir.



Juno elmi qrupu bu uçuşdan əldə edilən məlumatları əvvəlki müşahidələrlə birləşdirərək, İo-da vulkanların necə baş verdiyini araşdırır. Onların hansı müddətdə püskürdüyünü, nə qədər parlaq və isti olduğunu, lava axınının formasının necə dəyişdiyini və İo vulkanlarının necə olduğu qrup üzvlərinin diqqətindədi. Juno-nun baş araşdırmaçısı Skott Bolton verdiyi açıqlamada bildirib ki, onlar vulkanların fəaliyyətinin Yupiterin maqnitosferindəki yüklü hissəciklərin axını ilə necə əlaqəli olduğunu axtarır.



Mənbə: Sciencealert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu