NASA və "Space X"-in "Ekipaj-6" missiyasını tamamlayan 4 astronavt Yerə qayıdıb


NASA və İlon Maska məxsus kosmik nəqliyyat şirkəti Space X-in birgə idarə etdiyi "Ekipaj-6" missiyasında iştirak edən 4 astronavt Beynəlxalq Kosmik Stansiyada (BKS) 6 aylıq missiyasından sonra Yerə qayıdıb.


NASA-nın internet saytında paylaşılan açıqlamaya görə, ISS-dəki 184 günlük missiyasını tamamlayan 4 astronavtın yer aldığı "SpaceX Dragon" kosmik gəmisi yerli vaxtla saat 00:17-də ABŞ-ın Florida əyalətindəki Jacksonville yaxınlığında yerə enib.

NASA-nın birgə həyata keçirdiyi “Ekipaj-6” missiyasını yerinə yetirən komandada NASA-dan Stiven Bouen və Vudi Hoburq, Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Andrey Fedyaev və Birləşmiş Ərəb Əmirliklərindən astronavt Sultan Əl Neyadi iştirak ediblər.

Sözügedən heyətin ISS-dəki missiyaları əsnasında yüzlərlə elmi təcrübəni tamamladığını qeyd edən NASA direktoru Bill Nelson, “Ekipaj-6"-nın töhfələri NASA-nın Artemis proqramı ilə Aya dönməsinə, onu Marsa istiqamətləndirməsinə və planetdəki həyatı yaxşılaşdırmağa kömək edəcək" - deyə bildirib.

Ekipaj NASA-nın Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzinə gedəcəkləri barədə məlumatlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu