NASA 50 ildən sonra Aya astronavt göndərir


ABŞ-ın kosmik agentliyi NASA Aya astronavt göndərir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ay səthinə son enişdən 50 il sonra qurum yenidən ora astronavt göndərmək üçün çalışmaları başa çatdırır. NASA-nın direktoru Bill Nelsonun tviterdəki hesabında bildirib ki, bu məqsədlə indiyə qədərki ən güclü raketin yaradılması uğurla yekunlaşmaq üzrədir.

“Artemis II” missiyasına hazırlaşırıq. Komandalarımız NASA-nın 50 illik müddətdə ilk dəfə astronavtları Aya aparacaq SLS raketinin hazırlanması prosesini tamamlayır”, - deyə NASA rəhbəri qeyd edib.

Xatırladaq ki, NASA 50 il əvvəl ilk dəfə Aya çatıb. Lakin o zaman bu səfər astronavtsız olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu