ABŞ 50 ildən sonra Aya "Vulkan"la qayıtdı


Amerika Aeronavtika və Kosmik Agentliyi NASA-nın Ay missiyası çərçivəsində yeni nəsil "Vulkan" raketinin buraxılması üçün hazırlıqlar tamamlanıb.



Yeni nəsil raket Floridadakı Cape Canaveral kosmodromundan buraxılıb.

Qısa adı ULA olan United Launch Alliance-a məxsus "Vulkan" raketinin buraxılması kosmos tarixində mühüm mərhələdir.

Bu uçuş ABŞ-ın 50 ildən sonra Aya qayıtması baxımından böyük əhəmiyyət kəsb edir.

Əməliyyat uğurlu olarsa, bu, Apollon proqramının 1972-ci ildəki son missiyasından sonra ABŞ-ın Aya ilk yumşaq enişini qeyd edəcək və eyni zamanda özəl bir ABŞ şirkətinin Aya ilk ekspedisiyası olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu