Amerika bunu da edir: Keçmiş ABŞ prezidentlərinin saçları kosmosa göndərilir


ABŞ-ın keçmiş prezidentləri Ronald Reyqan, Con Kennedi, Duayt Eyzenhauer və Corc Vaşinqtonun saçları kosmosa buraxılacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu proses ilin sonunda reallaşdırılacaq. Bu barədə Texasda yerləşən "Celestis" şirkəti açıqlama verib. Şirkət kosmik dəfnlərlə - "xatirə uçuşları" ilə məşğuldur. Bu zaman ölən insanların DNT nümunələri aşağı Yer orbitindən kənara göndərilir. Kosmik dəfn müştəriyə təxminən 12,5 min dollara başa gəlir.

Biomaterial "United Launch Alliance"ın "Vulcan" raketinin göyərtəsində çatdırılacaq. Canaveral burnundan havaya qalxacaq raket dərin kosmosa tüklü bir kapsul, həmçinin Yer orbitinə iki peyk və Aya şəxsi aparat çıxaracaq.

Şirkət anonim şəxsdən hədiyyə olaraq saç nümunələri alıb. Onların orijinallıq sertifikatı var. Əvvəllər onlar kolleksiyaçı Louis Moucherot tərəfindən saxlanılırdı. O, məşhurların saçlarını toplayıb və 2014-cü ildə dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu