Çin 2024-cü ildə kosmosa buraxılış rekordunu qırmaq niyyətindədir


Çin 2024-cü ildə kosmosa 100-ə yaxın buraxılış həyata keçirməyi planlaşdırır.



Bu barədə fevralın 26-da Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) bəyanatında deyilir.

"Çin kosmik sənayesi 2024-cü ildə 100-ə yaxın buraxılış həyata keçirmək niyyətindədir ki, bu da ölkə üçün yeni rekord olacaq", - deyə CASC qeyd edib.

Qeyd olunur ki, nəzərdə tutulan 100 buraxılışdan CASC 70-ni həyata keçirəcək və 290 maşını kosmosa çıxaracaq. 30 buraxılışı isə digər Çin şirkətləri tərəfindən həyata keçirəcək.

Bu il Çin “Qanqjen-6C” və “Qanqjen-12” daşıyıcı aparatlarının ilk buraxılışlarını həyata keçirməyi, həmçinin Tianqonq orbital stansiyasına iki yük gəmisi və iki pilotlu kosmik gəmi göndərməyi planlaşdırır.

Eyni zamanda Çin Ay proqramının icrasını davam etdirəcək. Xüsusilə “Queqiao-2” relay peyki, “Çanqe-6” zondu və Ayın uzaq tərəfindən Yerə torpaq nümunələrinin bəşər tarixində ilk çatdırılması planlaşdırılır.

2023-cü ildə Çin 67 kosmosa buraxılış həyata keçirərək, 221 kosmik gəmi ilə dünyada ikinci yeri tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu