Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb
Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi "Luna-25" kosmik gəmisindəki elmi cihazlar işə düşüb və ilk məlumatlar işlənməyə başlayıb.
Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan "Luna-25"-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.
Dünyanın təbii peyki olan "Luna-25"-in Aya uçuşunun davam etdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal şəkildə işlədiyi qeyd edilib.
Açıqlamada kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi bildirilib.
"Luna-25" "Soyuz 2.1b" raketi ilə avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə Vostoçnıy kosmodromundan buraxılıb.
Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq "Luna-25" kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.