NASA-nın Aya göndərəcəyi missiyanın iştirakçılarının adları açıqlanıb


Amerikalı astronavtlar Kristina Kuk, Viktor Qlover, Rid Uizman və kanadalı astronavt Ceremi Hansen 2024-cü ilin noyabrında Ay ətrafında uçacaq "Artemis 2" missiyasının iştirakçıları olacaqlar.


AFN.az xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilir. Uçuş NASA-nın "Orion" kosmik gəmisində həyata keçiriləcək. Missiya Ayı dövrə vuraraq Yerə qayıdacaq.

2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olacaq "Artemida Ay proqramı" layihəsini açıqladı. Bunlardan birincisi ("Artemis 1") "Space Launch System" (SLS) raketinə quraşdırılmış "Orion" gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edirdi. Uçuş 16 noyabr - 11 dekabr 2022-ci il tarixlərində baş tutub.

İkinci mərhələ ("Artemis 2") göyərtəsində ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşdur. Missiyanın üçüncü mərhələsində ("Artemis 3") NASA astronavtları Aya endirməyi və sonra onları təxminən 2030-cu illərin ortalarında Marsa göndərməyi gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu