NASA-nın "Juno" kosmik gəmisi Yupiterdə parlaq yaşıl bir kürə şəklini çəkib - FOTO
ABŞ Aerokosmik Agentliyinin (NASA) Yupiterin orbitini araşdırmaq vəzifəsi daşıyan "Juno" kosmik gəmisi şimal qütbünün yaxınlığında parlaq yaşıl kürə olduğunu aşkar edib.
NASA "JunoCam" kamerasından çəkilən fotonun Yupiterin fırtınalı atmosferində fırtınalar nəticəsində əmələ gələn ildırım olduğunu açıqlayıb. Fotoda Yupiterin səthini örtən buludlarda yaşıl şimşəklərlə parlaq kürə olduğu qeyd olunub.
NASA qeyd edib ki, Yer kürəsində ildırım ekvatorun üstündəki buludlardakı sudan, Yupiterdə isə buludların tərkibində olan ammonyak və su qarışığından ibarətdir və belə formasiyalara planetin qütbləri yaxınlığında da tez-tez rast gəlinir.
Yaşıl kürənin fotosunun "Juno"nun orbital uçuşu zamanı Yupiter buludlarından 19.900 mil (təxminən 32 min kilometr) yüksəklikdə çəkildiyi vurğulanıb.
Bildirilib ki, foto NASA-nın Jet Propulsion Laboratoriyasında çalışan alim Kevin M. Gill tərəfindən aşkar edilib.
Yupiterdəki ildırımın Yerdə yaşananlardan 10 dəfə güclü olduğu, digər planetlərdə ildırım çaxmasının təsbit edildiyi, Saturnda isə saniyədə 10 dəfə ildırım çaxdığı vurğulanıb.
Bildirilir ki, Juno 2016-cı ildəki missiyasından bu yana Yupiter ətrafında 35 dəfə dövr edib, planetdəki solğun toz halqaları, "Böyük Mavi Ləkə", ekvator yaxınlığındakı maqnit sahəsi və planetin bilinməyənləri haqqında məlumat toplamağa davam edib.