NASA ilə əlaqəsi kəsilən "Voyacer 2" kosmik gəmisindən siqnal alınıb


NASA səhv siqnal göndərən və əlaqəni itirən "Voyager 2" kosmik gəmisindən günlər sonra siqnal alındığını açıqlayıb.


ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Voyacer Interstellar" layihə meneceri Suzanne Dodd verdiyi açıqlamada NASA-nın dünya miqyasında nəhəng radio antena kolleksiyası olan "Deep Space Network" vasitəsilə "Voyager 2"-nin hələ də işlək vəziyyətdə olduğuna dair siqnallar aldıqlarını bildirib.

Dodd ABŞ-ın Kaliforniya ştatındakı Jet Propulsion Laboratoriyası mütəxəssislərinin "Voyager 2"-nin antenasını dünyaya qaytarmağa çalışacaqlarını qeyd edib. Dodd bildirib ki, bu əmr işləməsə, kosmik gəminin özünü sıfırlaması üçün oktyabr ayına qədər gözləməli olacaqlar.

Keçən həftə NASA-nın səhv əmr göndərməsi səbəbindən kosmik gəminin antenası 2 faiz sürüşüb və "Voyager 2" ilə əlaqə kəsilib.

NASA "Voyager 2"-ni 1977-ci ildə kosmosa göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu