NASA indiyədək kosmosda nə qədər insanın öldüyünü açıqlayıb


ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) və Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfərin öldüyü bildirilir.


NASA-nın Təhlükəsizliyi və Uçuş Təhlükəsizliyi Direktorunun müavini Naycel Pakham kosmos missiyası və ya yer sınaqları zamanı 21 astronavtın öldüyünü açıqlayıb.

AFN.az Live Science-a istinadən xəbər verir ki, Sietldəki Vaşinqton Universitetinin Aeronavtika və Astronavtika professoru Cim Hermanson 3 NASA və 2 Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla 5 missiyada ölümlərin olduğunu bildirib.

Xatırladaq ki, NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı iki ölümlə nəticələnən qəza baş verib və ilk qəza 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra havada partlaması nəticəsində baş verib.

Qəzada həlak olan 7 nəfərlik heyətdə astronavtlardan başqa Nyu-Hempşir ştatından olan müəllim Krista Makaulifin də olub. NASA-nın Kosmosda Müəllim Layihəsi çərçivəsində Makaulifin komandaya daxil edildiyi bildirilib. Qəza Kanaveral burnunda yaşanan kəskin soyuq hava səbəbindən bəzi materialların elastikliyini itirməsi nəticəsində baş vermişdi.

NASA-nın mühəndislərinin xəbərdarlığına baxmayaraq, pərin hərəkətini gecikdirməyən rəhbərliyinin də hadisədə qismən günahkar olduğunu qeyd edən Hermanson, "İsti qazın çölə sızması nəticəsində yanacaq çənində yanğın başlayıb və böyük partlayış baş verib" deyib.

NASA-nın ikinci ölümcül kosmik qəzası 2003-cü ilin fevralında Kolumbiya Kosmik gəmisində baş verib. Layner atmosferə daxil olarkən anidən partlayıb baş verib. Qəza nəticəsində 7 nəfərlik ekipajın ölüdüyü açıqlanmışdı.

Qəzaların yalnız uçuş zamanı baş vermədiyini ifadə edən Pakham, "Mən şəxsən qəzanın yerdə və ya havada olması arasında fərq qoymuram" deyib. Bu kontekstdə Pakham "Apollo 1" qəzasını misal çəkib və nəticədə 3 nəfərlik ekipajın uçuşdan əvvəl sınaq zamanı kabinədə baş verən yanğın nəticəsində həlak olduğunu bildirib.

Sovet İttifaqı dövründə 4 kosmonavtın həyatını itirdiyini bildirən Pakhem, ilk ölümcül qəzanın 1967-ci ildə baş verdiyini, "Soyuz 1" kosmik gəmisinin enişi zamanı paraşüt səhvi səbəbindən yerə çırpıldığını, bir kosmonavtın isə qəzada həyatını itirdiyini xatırladıb.

Hermanson isə üç kosmonavtın həyatı bahasına atmosferdən kənarda baş verən yeganə qəzanın 1971-ci ildə Sovet İttifaqının kosmos missiyası olduğunu bildirib: "Uçuş və eniş adətən uçuşun ən təhlükəli mərhələləridir". deyə vurğulayıb.

Bu günə qədər təxminən 650 adamın kosmosa uçduğunu və bu uçuşların artacağını bildirən Pakham, kosmos missiyalarının "heç vaxt risksiz olmayacağını" qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu