Co Bayden NASA rəhbərliyinə namizədini açıqladı
ABŞ Prezidenti Co Bayden keçmiş konqresmen Bill Nelsonu NASA rəhbərliyinə namizəd göstərib.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
NASA-nın direktoru senat tərəfindən təsdiqlənməlidir. Nelsonun namizədliyi senatın profil komtəsinin dəstəyini almalı, həmçinin, senat səsverməsindən keçməlidir.
Bill Nelson- peşəkar vəkil və siyasətçidir. O, 1986-cı ildə kosmosa səyahət edən ikinci aktiv konqres üzvü olub. Nelson NASA-nn altıgünlük missiyası çərçivəsində kosmosda bir sıra elmi təcrübələr aparıb.