Mars sürətləndi, günlər qısaldı


NASA alimləri Marsın daha sürətli fırlanmağa başladığını və nəticədə Mars gününün qısaldığını aşkar ediblər.


"Nature" jurnalında dərc edilən araşdırmada Marsın fırlanmasının kütləsindəki mümkün dəyişikliyə görə sürətləndiyi və bunun Mars günlərinin qısalmasına səbəb olduğu bildirilib.

Marsın fırlanma sürətinin hər il 4 milliarcsaniyə (astronomiyada ulduzlar arasındakı məsafələri ölçmək üçün istifadə edilən bucaq vahidi) artdığı, buna görə də Marsın günlərinin saniyənin mində biri qədər qısaldığı qeydə alınıb.

Dəyişiklikləri müşahidə edən ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) alimləri bunin Qırmızı Planetin qütblərində yığılan buz və ya buz dövründən sonra buzun altındakı quru kütlələrinin məruz qalması nəticəsində yarana biləcəyini düşünürlər.

NASA vurğulayır ki, planetin kütləsindəki bu cür dəyişikliklər planetin sürətlənməsinə səbəb ola bilər, necə ki, konkisürən fırlanan zaman açıq qollarını bağlayanda fırlanma sürəti artır.

Tədqiqatda Marsdakı InSight yer vasitəsi və "Dərin Kosmos Şəbəkəsi"nin məlumatlarından istifadə edilib.

Alimlər Marsda InSight yerüstü vasitəsinin ilk 900 günlük məlumatından istifadə edərək fırlanma sürətində dəyişiklik aşkar ediblər.

Aşkarlanma InSight və NASA-nın Yerdəki nəhəng radio antenalarının beynəlxalq sırası olan "Dərin Kosmos Şəbəkəsi"nin əməkdaşlığı nəticəsində əldə edilib.

"Dərin Kosmos Şəbəkəsi" antenaları ilə InSight-a bir radio siqnalı göndərilib və Marsın fırlanma sürəti avtomobilin geri göndərdiyi siqnaldakı tezlik dəyişikliklərini izləyərək təyin olunub.

Tədqiqat qrupunun rəhbəri Sebastien Le Maistre dəyişikliyin Marsın bir ildə qət etdiyi məsafədə cəmi bir neçə on santimetr olduğunu ifadə edib. "Bu dəyişiklikləri görmək belə uzun zaman və çoxlu məlumat tələb edir" - deyə o qeyd edib.

Alimlər düşünürlər ki, InSight-ın topladığı məlumatların tədqiqi uzun illər çəkə bilər və çoxlu yeni məlumatlar əldə edilə bilər.

Günəş panellərini örtən toz nəticəsində elektrik enerjisi bitdikdə NASA ilə InSight arasındakı əlaqə kəsilib və avtomobilin missiyası 21 dekabr 2022-ci ildə dayandırılıb.

InSight 4 ildir ki, Marsın səthindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu