NASA Çin zondunun Mars səthinə enməsinə münasibət bildirdi


"CNSA komandasını Çinin ilk marsoxodunun uğurla eniş etməsi münasibətilə təbrik edirəm".


Qaynarinfo xəbər verir ki, bu sözləri NASA-nın elmi məsələlər üzrə rəhbərinin müavini Tomas Zurbuxen Çin Mars zondu "Tianwen 1"-in Qırmızı Planetin səthinə uğurla enməsindən bəhs edən tvitində qeyd edib.

Zurbuxen ÇXR zondunun enişinin Marsın araşdırılmasına mühüm töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl Marsın araşdırılması üçün Çin zondunun planetin səthinə uğurlu bir eniş etdiyi məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu