Marsda qayalarda maye su anbarı tapılıb
Alimlər Marsın qayalıqlarında maye su anbarının aşkar edildiyini açıqlayıblar.
ABŞ Aerokosmik Agentliyinin (NASA) "Mars Insight Lander" kəşfiyyat vasitəsinin planetdəki tapıntıları üzərində yeni təhlillər aparan elm adamları Marsın qayalı xarici qabığının içərisində maye su anbarı aşkar ediblər.
Bildirilib ki, 2018-2022-ci illər arasında Marsda elmi kəşfiyyat missiyasında olan “Insight Lander” 4 il ərzində planetin dərinliklərində baş verən titrəmələri qeyd edərək Marsın nəbzini tutub.
Yeni tapıntılar əsasında maye suyun seysmik siqnallarının aşkarlandığı Marsda donmuş su və buxar əlamətlərinin də olduğu bildirilib.
Marsda maye su anbarının kəşfi ilə bağlı BBC-yə danışan Kaliforniya Berkeley Universitetindən Maykl Manqa, Yer kürəsində su axtararkən eyni üsullardan istifadə etdiklərini ifadə edib.
Manqa bildirib ki, Marsdakı maye su anbarı planetin qayalıq xarici qabığının 10-20 kilometr içərisindədir.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.