Cənubi Koreyada yerüstü piyada keçidi çöküb: Ölənlər var
Cənubi Koreyanın paytaxtı Seulda yerləşən köhnə yerüstü piyada keçidinin söküntü işləri zamanı qismən çökməsi nəticəsində 3 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, "Yonhap" agentliyinin yaydığı məlumata görə, qəza zamanı 3 nəfər dağıntılar altında qalaraq dünyasını dəyişib, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Çökən keçidin hissələrinin yaxınlıqdakı dəmir yolu xəttinə düşməsi səbəbindən şəhərdə bəzi qatar səfərləri təxirə salınıb.
Cənubi Koreya Prezidenti Li Ce Myunq hadisənin dəqiq səbəblərinin araşdırılması üçün hərtərəfli təhqiqatın başladılması barədə göstəriş verib.

