Cənubi Koreyada avtomobil qəzasında 9 nəfər ölüb, 4 nəfər yaralanıb


Cənubi Koreyanın paytaxtı Seulda baş verən yol qəzasında 9 nəfər ölüb, 4 nəfər yaralanıb.



Cənubi Koreyanın paytaxtı Seulda meriya binası yaxınlığında avtomobil yanlış istiqamətə girərək piyada keçidində gözləyən kütlənin üzərinə sürüb.

Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.

Seul polisindən verilən məlumata görə, 70 yaşlarında olan kişi sürücü işıqforda gözləyən piyadaları vurub. Ölənlərin sayının arta biləcəyini bildirib.

Cənubi Koreya mətbuatında yer alan xəbərlərdə avtomobilin piyadaları vurmadan əvvəl iki avtomobili vurduğu, sürücü isə qəzanın avtomobilin ani sürətlənməsi səbəbindən baş verdiyini iddia edib.

Polis avtomobilin sürücüsünü saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu