Çilidə 6,9 gücündə zəlzələ baş verib



Cənubi Amerika ölkəsi Çilinin şimalında 6,9 ​​ballıq zəlzələ baş verib.

AFN.az xəbər verir ki, ABŞ Geolofiya Xidməti (USGS) yeraltı təkanların ölkənin şimal hissəsində yerləşən Kalama şəhərindən 31 kilometr şərqdə qeydə alındığını açıqlayıb.

Zəlzələnin 101 kilometr dərinlikdə meydana gəldiyi bildirilir.

Rəsmi qurumların verdiyi məlumata görə, hadisə nəticəsində hər hansı can və ya mal itkisi qeydə alınmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu