Kolumbiyada 6,3 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 6,3 bal gücündə zəlzələ baş verib.
AFN.az-ın xəbərinə görə, ABŞ Geoloji Xidməti (USGS) 6,3 bal gücündə zəlzələnin episentrinin ölkənin Cundinamarca inzibati bölgəsindəki Paratebueno şəhərindən 17 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ əsasən paytaxt Boqota və ətraf şəhərlərdə hiss olunub.
Kolumbiya Geoloji Xidməti zəlzələnin maqnitudasının 6,4 olduğunu açıqlayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:08-də baş verib.
Kolumbiya mətbuatının məlumatına görə, zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Birinci zəlzələdən sonra ən böyüyü 4,6, 3,8 və 4,9 bal gücündə üç afterşok baş verib. Səlahiyyətlilər zəlzələnin episentri olan Paratebueno şəhərinin La Europa kəndində bəzi evlərin zərər gördüyünü bildirib. Təbii hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb, magistral yol yarılıb.