Filippində 5,9 bal gücündə zəlzələ baş verib
Filippinin Panqaniban bölgəsi sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Panqaniban bölgəsindən 69 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,9 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.