İndoneziyada 6 bal gücündə zəlzələ baş verib


İndoneziyanın şimalındakı Qorontalo şəhəri sahillərində 6 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Qorontalo şəhərindən təxminən 73 kilometr cənubda olduğunu bildirib.

Təxminən 150 kilometr dərinlikdə qeydə alınan 6 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu