"Araz market"dəki ölüm işinə görə müdir dindirildi: "Əvvəl yeməkxanada mübahisə ediblər"




ş yoldaşlarını bıçaqlayan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

AFN musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Əvvəlcə hadisənin baş verdiyi mağazanın müdiri Fərman Quliyev şahid qismində dindirilib.

Fərman Quliyev hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib. Ancaq bir gün əvvəl tərəflər arasında mübahisə olmasından xəbərdar olduğunu bildirib.

"Yeməkxanada mübahisə ediblər. Masada əyləşəndə biri masanı özünə tərəf çəkib. Buna görə də mübahisə başlayıb. Sonradan xəbər tutub onları yanıma çağırdım. İkisi də üzrxahlıq elədilər. Bir daha belə bir hal olmayacağını deyib barışdılar. Otaqdan mehriban şəkildə çıxıb getdilər"- deyən şahid cinayət hadisəsindən sonradan xəbər tutduğunu söyləyib.

Məhkəmədə şahid Ənvər Babalı da dindirilib. O da hadisədən sonradan xəbər tutduğunu, təqsirləndirilən və zərərçəkmişlərin sadəcə yeməkxanada mübahisə etdiklərini bildiyini deyib.

Prosesin davamında Asif Əliyev də şahid qismində ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsi hadisə baş verən gün tanıyıb.

"Təqsirləndirilən şəxsi həmin gün gördüm. Mən oradan keçəndə mübahisə edirdilər. Sonra qayıdanda Surxay qışqırırdı ki, kömək edin. Yaxınlaşanda yaralıları gördüm. Təcili yardıma zəng elədim. O zaman bilmədim ki, ikisini də Surxay bıçaqlayıb. Mənə başqasının vurub qaçdığını dedi. Sonradan öyrəndim ki, o vurub"- deyə şahid bildirib.

Məhkəmə iclası fevralın 12-də davam etdiriləcək.

Surxay Əliyev özünü qismən təqsirli bildib.

Qətl hadisəsi ötən il iyun ayının 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsində baş verib.

Marketin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov Surxay Əliyev tərəfindən bıçaqlanıb. Vüqar Hüseynzadə hadisə yerində dünyasını dəyişib.

K.Səlimov "Araz" marketdə mühafizəçi, S.Əliyev balıq satan, mərhum V.Hüseyzadə isə kassir vəzifəsində çalışıb.

Bildirək ki, Surxay Əliyev bıçaqladığı şəxslərlə iş yoldaşı olub. Mübahisə də işdə olarkən başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu