Ölüm zamanı ruhun bədəndən çıxışını izləyə bilərik


Dünya tibbində, ümumilikdə kainat yarandığı gündən indiyədək görünməmiş bir ilkə imza atma reallaşa bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, aparılan tədqiqatlar reallaşarsa, insanların ölüm anını, ruhun bədəndən ayrılmasını izləmək mümkün olacaq. Bu prosesdə bizə pişiklər kömək edə bilərlər. Üstəlik, burada elmlə dini, daha doğrusu, inancı birləşdirən məqam məhz bu sevimli ev heyvanlarıdır.
Belə ki, bəzi inanclara görə, pişik yeganə heyvandır ki, o göz pərdələri olmadığı üçün bir insan öldüyü zaman, onun bədənindən ruhun ayrılmasını görə bilirlər. Bu səbəbdən insan ölərkən pişik onu görərsə, ruh çıxana qədər pişiyin diqqətini ordan heç cürə ayırmaq mümkün olmaz. Elm adamları bu inanca əsaslanaraq pişiklərin beyninə kamera yerləşdirməyə hazırlaşırlar. Artıq tədqiqatlar başlayıb. Əgər müvəffəqiyyətlə yekunlaşarsa, həmin kamera vasitəsilə biz də ölüm prosesini izləyə biləcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu